Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu halda I sinfə qəbula imtina verilir.
Mis.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır:
“Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər”.
Qeyd olunur ki, valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi ümumi təhsil müəssisəsinə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.