Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Astroloqların proqnozlarına görə 2025-ci ilin may ayı bürclər üçün dönüş nöqtəsi ola bilər. Onların bəziləri şəxsi həyatında ayrılıqlar yaşasa da, digərləri işlərində yeni, maraqlı hadisələrlə qarşılaşacaqlar.
Mis.az rus mediasına istinadla bürclərin may ayına olan proqnozunu təqdim edir:
Qoç
Marsın "odlu" Şir bürcündə yerləşməsi Qoçlara motivasiya və güc verir. Yeni işə başlamaq, köçmək və ya şəxsi həyatda dəyişikliklər üçün yaxşı zamandır. Uzun müddət ərzində münasibətlərin rəsmiləşdirilməsi üçün isə ideal dövrdür. Venera da bu bürcdə olduğu üçün qarşıdakı günlərdə əyləncəyə maraq artacaq. Amma ehtiyatlı olun, balansı qorumasanız, xəstəliklə üzləşə və lazımsız xərclər edə bilərsiniz.
Buğa
May Buğalar üçün qərarlılıq və irəliləyiş ayıdır. Ətrafdan – dostlardan, ailədən və tərəfdaşlardan dəstək alma ehtimalı yüksəkdir. Ayın ortalarında gözlənilməz maliyyə qazancları mümkündür. Ay sonunda ziddiyyətli davranışlardan çəkinmək lazımdır. Eyni anda bir neçə işə başlamaq riskli ola bilər.
Əkizlər
Mayda Əkizlər üçün "emosional fırtınalar" gözlənilir. Duyğulara qapılmadan, təxribatlara uymadan davranmaq vacibdir. Ay ərzində xeyriyyə və mənəvi fəaliyyətlərə maraq arta bilər. Yeni tanışlıqlar nəticəsində gələcək həyatınızı dəyişə bilərsiniz.
Xərçəng
Ayın əvvəlində Xərçənglər emosional hadisələr yaşaya bilər. Rahatlıq üçün sakit qalmaq və öz daxili gücünə inanmaq lazımdır. Ayın ortalarında taleyüklü hadisələr və ya mühüm insanlarla görüşlər baş verə bilər. Ay sonuna doğru şans və dəstək sizi tapacaq.
Şir
Ayın əvvəlində şirlər öz potensiallarının "işığını" görə bilər. Bu hisslər onları motivasiya edəcək. Mayın ortalarından yeni imkanlarla qarşılaşacaqlar. Şirlər üçün sosiallaşma və yeni perspektivlər dövrü başlayır.
Qız
Qız bürcü üçün may taleyüklü qərarlar ayıdır. Yeni iş, köçmək və ya təhsil planlarını həyata keçirmək üçün ideal aydır. Lakin hərəkətə keçmədən bütün risk və imkanlar düzgün qiymətləndirilməlidir.
Tərəzi
May Tərəzilərə sabitlik və ilham bəxş edə bilər. Köhnə işləri tamamlayıb yeni layihələrə başlamaq üçün münasib zamandır. Cəmiyyət və iş mühitindən gələn dəstək motivasiyasını artıracaq. Lakin reallıqdan qaçmaq üçün pis vərdişlərə aludə olmaq mümkündür.
Əqrəb
Plutonun geriyə hərəkəti əqrəbləri daxili düşüncələrə sövq edəcək. İndi planlara yenidən baxmaq, ailə və şəxsi idarədə qərarlar həyat qəbul etmək üçün uyğundur. "Lilith"in təsiri altında lakin yanlış qərarlar verməməyə diqqət yetirin.
Oxatan
Oxatanlar üçün may ayı sakit və məhsuldar keçəcək. Lakin uğur axtarışı zamanı tələsik qərarlar verilməməlidir. Sosial mühitdə paxıllıq və qınaqla üzləşə bilərlər. Ay ərzində həyatda iz buraxacaq yeni tanışlıqlar mümkündür.
Oğlaq
Mayda Oğlaqlar həyatlarında dəyişikliklər etmək üçün hazır olacaqlar. Planetləri onlara iş və şəxsi həyatda cəsarət vəd edir. Romantik münasibətlərdə ciddi addımlar mümkündür. Yeni bir səhnəyə qədəm qoyursunuz, qorxmayın!
Dolça
Plutonun hərəkəti Dolçalar üçün iş sahəsində yavaşlamalara səbəb ola bilər. Perspektivsiz layihələrdən imtina edilib, yenidən seçim dövrünə girirsiniz. Ayın ilk yarısında mühüm tanışlıqlar mümkündür. Ay sonu sürprizlər və xoş xəbərlərlə dolu olacaq.
Balıq
May Balıqlar üçün parlaq və uğurlu bir aydır. Onlar sevgi, ilham və yaradıcı güclə dolu olacaqlar. Ətrafdakılardan dəstək almaqla arzularını reallaşdırmaq mümkündür. Bu enerjidən istifadə edə bilərsiniz.