Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mis.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 58 yaşlı Məhəbbət Cəlilovanı avtomobil vurub. Yaşlı qadın ətrafdakı insanların yardımı ilə Gəncədəki xəstəxanalardan birinə aparılıb. Hazırda qadının vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma başlanılıb.