Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”in futbolçusu Arda Gülerin şans əldə etdiyi oyunlarda uğurlu oyun nümayiş etdirməsi məşqçilər tərəfindən məmnunluqla qarşılanıb.
Mis.az xəbər verir ki, Arda “Xetafe” ilə qarşılaşmada uğurlu oyunu ilə diqqət çəkib və qələbə qoluna imza atıb. Bildirilir ki, O, “Barselona” ilə “El Klasiko” matçının ikinci hissəsində meydana daxil olub və komanda üstün oyun nümayiş etdirib.
Qeyd edək ki, məşqçi Karlo Ançelotti Arda Gülerin uğurlu oyununa diqqət çəkmişdi. O, “4-3-3-də mərkəz yarımmüdafiəçi kimi oynaya bilər. O, çox çalışqan oyunçudur” - deyə bildirmişdi. Arda Gülerin Karlo Ançelottinin “Real”da qalacağı təqdirdə başqa kluba gedə biləcəyi barədə iddialar dərc edilmişdi.