Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo "Liverpul"un ulduz futbolçusunun transfer olunmasını istəyir.
Mis.az xəbər verir ki, Mourinyo Chiesanın heyətə cəlb edilməsini istəyir. Məlumata görə, “Yuventus”dan 12 milyon avroya “Liverpul”a transfer olan futbolçu zədələr səbəbilə uğurlu oyun nümayiş etdirə bilməyib. “Liverpul” klubda 4 dəfə forma geyinə futbolçu üçün 10 milyon avro tələb edir. Bildirilir ki, “Liverpul”dakı uğursuzluğa baxmayaraq, Mourinyo futbolçunun istedadına etimad edir.
Qeyd edək ki, mövsümün sonunda bir sıra futbolçuların "Fənərbaxça"dan göndəriləcəyi əvəzində yeni ulduz oyunçular transfer ediləcəyi irəli sürülür. Klub, PSJ-dən icarə əsasında heyətə cəlb etdiyi Milan Skrinyarın transferi üçün danışıqlar aparır. Həmçinin, "Fənərbaxça"nın "Lyon"un qapıçısı Lukas Perri üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, "Fənərbaxça" mövsümün sonunda "Bavariya"dan ayrılacaq Mülleri də transfer etmək istəyir.