Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray" Avropa klublarının transfer siyahısında olan Yunus Akgünü heyətdə saxlamaq istəyir.
Mis.az "Qalatasaray" futbolçunun məvacibini 2.7 milyon avroya yüksəldə bilər. Lakin futbolçu klubun yeni təklifini hələlik qəbul emtəyib. "SporX"də dərc edilən xəbərə görə, Türkiyə nəhəngi yüksək təklif gələcəyi təqdirdə futbolçunun getməsinə razılıq verə bilər. İddialara görə, "Qalatasaray" futbolçu üçün azı 12 milyon avro tələb edir. Məlumata görə, "Nyukasl Yunayted", "Aston Villa" və "Benfika" futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində 40 oyunda 12 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.