Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlham Ata oğlu Mirzəliyevi “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.
Mis.az xəbər verir ki, İ.Mirzəliyev 1960-cı ildə anadan olub.
O, 1984-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsini bitirib. “Azərenerji”nin “İstilik şəbəkələri və suqızdıran qazanxanalar” müəssisəsində böyük iqtisadçı (1982-87), həmin müəssisədə direktor müavini (1987–2000), Bakı ş. İH “Bakı istilikşəbəkə” İB-də baş direktor müavini (2000-01), Bakı ş. İH 2 saylı İstilik İdarəsində rəis müavini (2001-04), Bakı ş. İstilik İdarəsində rəis müavini (2004-05) vəzifələrində işləyib.
2005-ci ildə “Azəristiliktəchizat” ASC-nin sədr müavini vəzifəsinə təyin olunub. 2006-09 illərdə AR İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin dissertantı olub. 2009-cu ildə “Azərbaycanın istilik təchizatı sisteminin inkişafının modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad ü.f.d. elmi dərəcəsi alıb. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il fevralın 7-də imzaladığı Sərəncama uyğun olaraq Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.