Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Hal-hazırda BOKT “Azpul” MMC-nin kredit portfelində beş fərqli kredit növü var. Azərbaycan Respublikası Mərkəzi Bankının yeni qaydalarına əsasən, bütün kredit məhsulları üzrə müddətin uzadılması mümkün deyil. Məsələn, gündəlik kredit növü üzrə müddət uzadıla bilməz. Lakin müddət uzadılmasına icazə verilən hallarda bu barədə şərtlər fərdi kredit müqaviləsində açıq şəkildə göstərilir”.
Bu barədə Mis.az-a “Azpulmat”ın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müştəri tərəfindən müddətin uzadılması üçün ödənilən məbləğ əlavə ödəniş hesab olunmur. Bu məbləğ kreditin ümumi borc məbləğindən çıxılır:
“Vacib məqamlardan biri də odur ki, BOKT “Azpul” MMC digər rəqiblərindən fərqli olaraq, kredit müddətinin uzadılması üçün heç vaxt əlavə ödəniş tələb etməyib. Müştərinin müsbət kredit tarixçəsini qorumaq və əlavə ödənişlərdən azad etmək məqsədilə şirkət həmişə kreditin müddətinin uzadılması üçün ən əlverişli və rahat şərtlər təklif edir”, - deyə məlumatda qeyd olunub.
***
“Azpulmat”a borcu olan şəxslərin sözlərinə görə, mütləq deyil ki, qeyd olunan müddətədək bütün borcu ödəsinlər. Hətta həmin vaxtda 1 manat da ödəmiş olsalar, borcları azalır. Ümumiyyətlə, “Azpulmat” kredit təşkilatında borcun üzərinə heç bir faiz də gəlmir. Maraqlıdır ki, normal banklarda ödəniş müddəti keçdikdə və məbləğ tam ödənilmədikdə, həmin məbləğə faiz əlavə olunur və banklar bununla qazanc əldə edirlər.
Məsələ ilə bağlı “Azpulmat”ın Mətbuat Xidmətindən Mis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat müddətin uzadılmasını qazanc məqsədilə deyil, sırf müştəriyə dəstək olmaq üçün edilir:
“Elə hallar ola bilər ki, müştəri həmin vaxtda məbləği tam ödəyib bağlaya bilməsin. Bu zaman müştərinin adı gecikməyə düşməsin, yəni gecikmə günləri yaranmasın deyə biz müddət uzatmasını belə tətbiq etmişik. Bu, sırf müştərilərə dəstək məqsədi daşıyır və burada heç bir qazanc məqsədi yoxdur”.
Sevinc İbrahimzadə / Mis.az