Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
İsrailin Livana hücumlarını dayandırmaq üçün monitorinq mexanizmi işə salınmalıdır.
Mis.az xəbər verir ki, Livanın baş naziri Navaf Salam belə açıqlama verib. O bildirib ki, atəşkəs razılaşmasına baxmayaraq İsrail ölkəyə hücumlarını davam etdirir. Hökumət rəhbərinin sözlərinə görə, Livan İsrailin təxribatlarının qarşısının alınmasını və cənubda işğalını davam etdirdiyi 5 məntəqədən geri çəkilməsini istəyir. İsrailin paytaxt Beyrutun cənubuna və digər bölgələrə etdiyi hücumlarla atəşkəsi pozduğunu vurğulayan Salam, İsraili atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
O, İsrailin hücumlarının qarşısını almaq üçün atəşkəsin təminatçısı olan ABŞ və Fransa ilə, eləcə də nüfuzlu beynəlxalq tərəflərlə əlaqəni davam etdirdiklərini bildirib.