Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nəzərə alsaq ki, Bakıda sahibsiz itlərin artması şəhər sakinləri arasında ciddi narahatlıq doğurub. Vətəndaşlar küçələrdə nəzarətsiz dolaşan itlərin təhlükə yaratdığını bildirir, müvafiq qurumların isə bu məsələyə biganə yanaşdığını deyirlər.
Bu baxımdan yeni mərkəzin bu məsələlərə nəzarəti maraqlıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Metin Hüseynov Mis.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bu publik hüqüqi şəxsin yaranmasının əsas məqsədi sahibsiz heyvanlara xidmət göstərmək və bu sahədə olan nöqsanları aradan qaldırmaqdır.
Qeyd olunub ki, hazırda hazırlıq işləri aparılır.
Sevinc İbrahimzadə / Mis.az