Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ilə bağlı yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, mövsümün sonunda "Real Madrid"lə yollarını ayıracağı iddia edilən Ançelottinin Braziliya millisinin təklifini rədd etdiyi irəli sürülür. İddialara görə, italiyalı çalışdırıcı Səudiyyə Ərəbistanından böyük təklif alıb. Bildirilir ki, Ançelotti Braziliya Futbol Federasiyasının rəsmiləri ilə görüşmək və müqavilə imzalamaq üçün Londona gedib, lakin heç bir imzalanma baş tutmayıb. İtaliyalı çalışdırıcı Səudiyyə Ərəbistanından gələn təklifi dəyərləndirdiyini bildirib.
Məlumata görə, Səudiyyə Ərəbistanından Ançelottiyə ildə 3 illik müqavilə və illik 50 milyon avro təklif edilib.