Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Aprelin 28-də saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.
Mis.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
10:50
Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.
Mis.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.
Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.
Faktla bağlı araşdırma aparılır.