Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Real Madrid" klubu mövsümün sonunda Rodriqonu göndərə bilər.
Mis.az xəbər verir ki, "Real" futbolçu üçün yüksək təklif gələcəyi təqdirdə onun getməsinə razılıq verib.
Məlumata görə, futbolçu Mbappenin gəlişindən sonra arxa planda qalıb və uğurlu oyun nümayiş etdirə bilmir. İddia edilir ki, Rodriqo sol cinahda oynamaq istəyir. Lakin həmin mövqeydə Vinisius olduğu üçün futbolçu sağ cinahda oynayır. "Mançester Siti" və Səudiyyə Ərəbistanı klublarının futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.
Qeyd edək ki, Rodriqo "Real"ın heyətində 267 matçda 68 qol, 50 məhsuldar ötürmə ilə yadda qalıb.