Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin "Arsenal" klubuna qalib gəlib.
Mis.az xəbər verir ki, "Emireyts" stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər. Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.
Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.
Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” arasında gerçəkləşəcək.