Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Yeni Zelandiyanın qərb sahillərində rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib.
Mis.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentrinin ölkənin təxminən 286 kilometr qərbində olduğu açıqlanıb. 10 kilometr dərinlikdə baş verən zəlzələ ətraf ərazilərdə güclü şəkildə hiss edilib. İlkin məlumatlara görə, zəlzələdən sonra tələfat və dağıntı qeydə alınmayıb. Yerli dairələr sunami xəbərdarlığı elan etməyib.
Qeyd edək ki, bundan əvvəl Yeni Zelandiyanın Cənub Adasında 6,7 bal gücündə zəlzələ baş vermişdi. Episentri Cənub Adasında yerləşən zəlzələ 10 kilometr dərinlikdə müşahidə edilmişdi. Fəsadlar qeydə alınmamışdı.