Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Hollandiyanın Maaşorst bələdiyyəsi 46 sənət əsərini səhvən atıb.
Mis.az xəbər verir ki, bələdiyyə əsərlərin təmir işləri zamanı atıldığını ifadə edib. Məlumata görə, əsərlərin arasında amerikalı pop sənətçisi Endi Uorholun bir əsəri də var. İtən əsərlərin ümumi dəyərinin təxminən 22 min avro olduğu bildirilib. Bildirilib ki, əsərlərin zirzəmidə mühafizəsiz saxlanılması, yerlərinin tez-tez dəyişdirilməsi və su sızması onların zədələnməsinə səbəb olub. Ardınca əsərlər səhvən atılıb.
Əsərlər itəndən sonra sonra yerli polis araşdırmalara başlayıb. Lakin araşdırma zamanı məlum olub ki, bələdiyyə kifayət qədər çevik addım atmadığı üçün əsərlər tapılmayacaq.