Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Barselona” müdafiə mövqeyinə yeni futbolçu cəlb etmək istəyir.
Mis.az xəbər verir ki, klub “Bayer Leverkuzen”in futbolçusu Alejandro Grimaldonun ximdətində maraqlıdır. Bildirilir ki, Balde zədələnəndə cinahda onu layiqli əvəzləyəcək futbolçu yoxdur. Klub hesab edir ki, Alejandro Grimaldo Balde ilə rəqabət apara bilər. İddialara görə, “Bayer Leverkuzen” futbolçunu göndərməyə razılıq verib. Məlumata görə, Almaniya klubu futbolçu üçün 30-40 milyon avro tələb edir.
Qeyd edək ki, Alejandro Grimaldo “Bayer Leverkuzen”də inamlı oyunu ilə diqqət çəkir.