Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, Binə Xocavar-Təzə Alvadı yolunda fəaliyyət göstərən, fiziki şəxs Əliyeva Nuranə İmran qızına məxsus “Qartal” restoranında apardıqları yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlayıblar.
Mis.az xəbər verir ki, bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranda mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.