Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bu gün Azərbaycanın aparıcı xəbər portallarından biri olan "Qaynarinfo.az" 18 yaşını qeyd edir.
Mis.az xəbər verir ki, 2007-ci ilin bu günündə fəaliyyətə başlayan sayt ötən illər ərzində oxucularına operativ və etibarlı informasiya təqdim edərək media sahəsində özünəməxsus yerini möhkəmləndirib.
Zahir Əzəmətin rəhbərliyi altında "Qaynarinfo.az" siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət və digər mövzulardan bəhs edən yazıları ilə zəngin kontent təqdim edir.
Mis.az kollektivi olaraq "Qaynarinfo.az"ın 18 illik yubileyi münasibətilə həmkarlarımızı səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Sevinc İbrahimzadə / Mis.az