Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Beynəlxalq birjalarda brent markalı neftin bir barreli 65,21 dollara satılır.
Mis.az xəbər verir ki, bundan əvvəl 67,40 dollara kimi bahalaşan brent markalı neftin bir barrelin qiyməti ucuzlaşıb. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 62,14 dollara alınıb. Məlumata görə, qiymətlərin qismən enməsinə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı artırmaq planları və ABŞ ilə Çin arasında kompromis əldə olunacağına dair gözləntilər səbəb olub.
ABŞ Prezidenti Donald Trampın Çinlə gömrük rüsumuna dair gərginliklə bağlı yumşaq mesajlar verməsi diqqət çəkib.