Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Pekin ABŞ Prezidenti Donald Trampın Çinlə tariflər barədə danışıqlar aparıldığına dair bəyanatını təkzib edib.
Mis.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin sözçüsü Hyi Yadong açıqlama verib. O bildirib ki, Çin-ABŞ ticarət danışıqlarında hər hansı irəliləyişlə bağlı iddia həqiqəti əks etdirmir. Çinin dialoq və məsləhətləşmələrə açıq olduğunu deyən sözçü Hı, istənilən məsləhətləşmə və danışıqların qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu vurğulayıb.
O, "ABŞ həqiqətən problemi həll etmək istəyirsə, beynəlxalq ictimaiyyətin və yerli ictimai rəyin rasional səsini dinləməli, Çinə qarşı bütün birtərəfli tarif tədbirlərini ləğv etməli və fikir ayrılıqlarını bərabər dialoq yolu ilə həll etmək yollarını axtarmalıdır" - deyə bildirib.