Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Hindistanın Hind çayı hövzəsində su axını dayandırmaq və ya yönləndirmək cəhdi müharibə səbəbi sayılacaq.
Mis.az xəbər verir ki, bu barədə Cammu və Kəşmirdə törədilən terror aktından sonra Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında alınan qərarda qeyd edilib. Pakistan Baş Nazirliyinin açıqlamasına görə, Hindistanın Hind Suları müqaviləsini dayandırmasına dair birtərəfli qərarı rədd edilib, razılaşmanın regional sabitlik üçün əhəmiyyətli olduğu qeyd edilib və Pakistanın su hüquqlarını qorumaq əzmi vurğulanıb. Bildirilib ki, Hind Suları müqaviləsi çərçivəsində qanuni olaraq Pakistana aid sayılan çaylarda su axınının dəyişdirilməsi cəhdi qəbul edilməyəcək.
Qeyd edək ki, Pakistan və Hindistan arasında Hind Suları müqaviləsi 1960-cı ildə Dünya Bankının zəmanəti ilə imzalanıb. Razılaşmaya görə, Hind çayını qidalandıran Beas, Ravi və Sutlej üzərində nəzarət Hindistana, Hind, Jelum və Çenab çaylarına nəzarət Pakistana verilib. Hindistana verilən çaylar Hind çayını daha çox qidalandırdığı üçün Pakistana bu çaylar üzərində hüquqlar verilib.