Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Adı “Qalatasaray” klubu ilə hallanan “Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerası ilə bağlı qərar verib.
Mis.az xəbər verir ki, o karyerasını İngiltərədə davam etdirmək istəyir. Tanınmış insayder Florian Plettenberqin iddiasına görə, futbolçu “Mançester Siti"də qalacaq. Bildirilir ki, futbolçu 2026-cı ildə yekunlaşacaq müqaviləsinin sonuna qədər “Mançester Siti"də qalmaq istəyir.
Qeyd edək ki, İlkay Gündoğanın mövsümün sonunda “Qalatasaray”a transfer olacağı barədə iddialar dərc edilmişdi. Futbolçu “Qalatasaray” azarkeşi olduğunu və “Qalatasaray”da futbol oynamaq istədiyi ifadə etmişdi.