Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mis.az Bakupost.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.