Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda baş verən zəlzələlərlə bağlı açıqlama verib.
Mis.az xəbər verir ki, o bildirib ki, rixter cədvəli üzrə 6,2 bal gücündəki zəlzələdən sonra 127 afterşok baş verib. Onların da ən böyüyü 5,9 bal gücündə olub. Onun sözlərinə görə, zəlzələdən sonra 16 milyon əhalisi olan İstanbuldan 10084 zəng daxil olub. Onların əksəriyyəti məlumat məqsədi daşıyıb. Nazir bildirib ki, onların bəziləri binaları ilə bağlı narahatlıqlarını bölüşən açıqlamalardır.
Qeyd edək ki, Mərmərə dənizində 6.2 bal gücündə zəlzələ baş verib. Episentri 7 km dərinlikdə yerləşən zəlzələ 13 saniyə davam edib.