Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Beynəlxalq birjalarda brent markalı neftin bir barreli 68,02 dollara satılır.
Mis.az xəbər verir ki, ötən gün 68,04 dollara kimi bahalaşan brent markalı neftin bir barel qiyməti 67,44 dollara qədər ucuzlaşıb. Lakin ardınca neftin qiyməti bahalaşıb. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 64,37 dollara alınıb. Məlumata görə, ABŞ-nin iqtisadi həmlələri qiymətin artmasına səbəb olub.
ABŞ Prezidenti Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerome Povelli tənqid etməsi və ABŞ-nin ticarət siyasətləri ilə bağlı narahatlıq qiymətlərin qalxmasında təsirli olub.