Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid” Karlo Ançelottinin istefaya göndərə bilər.
Mis.az xəbər verir ki, “Real” onun yerinə Xabi Alonsonun namizədliyini nəzərdən keçirir. İspaniya mətbuatının məlumatına görə, Xabi Alonsonun köməkçisi İnaki İbanez “Real Madrid” rəhbərliyi ilə əlaqə saxlayıb. İddialara görə, tərəflər Alonsonun mövsümün sonunda “Real Madrid”ə keçmə ehtimalını müzakirə edib. Bildirilir ki, bundan əvvəl “Real” rəhbərliyi Yurgen Kloppun namizədliyini nəzərdən keçirsə də, rədd cavabı alıb.
Qeyd edək ki, Karlo Ançelottinin müqaviləsi 2026-cı ildə yekunlaşsa da, “Real”dakı uğursuzluqdan sonra vəzifədən getməsi ehtimalı irəli sürülüb.