Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Yəmənin paytaxtı Səna və Marib şəhərinə hava hücumu təşkil edib.
Mis.az xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama veriblər. Husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə bildirilir ki, Sənanın Əl-Hisn bölgəsindəki Hurub kəndi və Maribin Məczar bölgəsinə 4 hava zərbəsi endirilib. Kanalın əvvəlki xəbərində ABŞ təyyarələrinin Hudeydanın Et-Tuheyta bölgəsinə 25, Maribin Məczar bölgəsinə isə 2 hücum təşkil etdiyi paylaşılmışdı. Hücumlardan sonra itkilər barədə məlumat verilməyib. ABŞ hücumlarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl husilər ABŞ-nin Yəməndə quru əməliyyatına hazırlaşdığını iddia ediblər. Husi hökumətinin xarici işlər naziri Camal Amir bildirib ki, bu addım gərginliyi daha da artıracaq.