Mis.Az - Son Xeberler
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində çarpayı dolumluğu yüksək səviyyədədir".
Bu fikirləri Mis.az-ın sualına cavab olaraq Xəstəxananın direktoru Samir Namazov media-tur zamanı bildirib. O qeyd edib ki, mama-ginekologiya şöbəsi 40 çarpayı ilə fəaliyyət göstərir və xidmətlər yalnız Şəmkir sakinlərinə deyil, ətraf rayonlardan gələn pasiyentlərə də təqdim olunur.
"Doğum şöbəsi ilə yanaşı, xəstəxanada müxtəlif ginekoloji xidmətlər göstərilir, o cümlədən keysəriyyə əməliyyatları. Hər ay göstəriş əsasında təxminən 30-50 keysəriyyə əməliyyatı həyata keçirilir. Normal doğuşlarda isə çarpayı dolumluğu 70-80% civarındadır".
Samir Namazov əlavə edib ki, analar və körpələrin rahatlığı üçün bütün zəruri şərait yaradılıb. Körpələrin sağlamlığının yoxlanması zamanı müasir tibbi avadanlıq və xüsusi metodlardan eyni zamanda daban testinden istifadə olunur. Xəstəxananın ginekoloji şöbəsində hamiləliyini sonlandıran qadınlara da tibbi və psixoloji dəstək göstərilir, onların müalicəsi və baxımı diqqətlə həyata keçirilir.
Gülbəniz Hüseynli / Mis.az
Ana Sehife