Mis.Az - Son Xeberler
Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"yə qalib gəlib.
Mis.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "bayquşlar" 3:0 hesablı qələbəyə seviniblər.
25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb. Tura noyabrın 30-da yekun vurulacaq.
Ana Sehife