Mis.Az - Son Xeberler
Azərbaycan güləşçiləri 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırıblar.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar. Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) qazandı.
Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik".
Ana Sehife