Mis.Az - Son Xeberler
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın pley-off mərhələsi ilə bağlı açıqlama verib.
Mis.az xəbər verir ki, Türkiyənin Rumıniya ilə qarşılaşacağını xatırladan Montella rəqibin məşqçisini tərifləyib. O, "Mən onların məşqçisi Mirça Luçeskunu çox yaxşı tanıyıram. Lakin bildiyiniz kimi, o, əvvəllər Türkiyə millisində və Türkiyə klublarında işlədiyi üçün İtaliya və Türkiyə mentalitetini yaxşı bilir", - deyə bildirib. Montella həmçinin potensial final matçı ilə bağlı da danışıb. Montellanın sözlərinə görə, həm Kosovo, həm də Slovakiya kompakt oynaya bilən komandalardır. O, potensial rəqiblə final matçının səfərdə olacağını, amma bu məqamda bunun əhəmiyyət daşımadığını ifadə edib.
Qeyd edək ki, DÇ-2026-nın pley-off mərhələsində Türkiyə doğma meydanda Rumıniya ilə üz-üzə gələcək. Türkiyə Rumıniyanı məğlub edərsə, Slovakiya - Kosovo cütlüyünün qalibi ilə qarşılaşacaq.
Ana Sehife