Mis.Az - Son Xeberler
Rusiya Prezidenti Vladimir Putin Qərb Hərbi Qrupunun bölmələrinin fəaliyyət göstərdiyi komandanlıq mərkəzlərindən birini ziyarət edib.
Mis.az xəbər verir ki, səfər zamanı Baş Qərargah rəisi general Valeri Gerasimov Putinə ərazidəki vəziyyət barədə məlumat verib. Gerasimov Putinə Kupyansk şəhərinin Rusiya qoşunları tərəfindən ələ keçirildiyini bildirib.
Gerasimov həmçinin qeyd edib ki, Oskol çayının sol sahilində mühasirəyə alınmış Ukrayna ordusunun bölmələrinə qarşı əməliyyatlar davam edir.
Ana Sehife