Mis.Az - Son Xeberler
ABŞ Ukrayna Prezidenti Vlodomir Zelenskiyə müharibəyə son qoymaq üçün diplomatiyanı gücləndirə biləcək plan layihəsi göndərib.
Mis.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatından açıqlama verilib. Yazılı açıqlamada deyilir ki, Ukrayna Prezidenti ABŞ tərəfindən göndərilən plan layihəsini rəsmi olaraq alıb. ABŞ tərəfi bu planın diplomatiyanı gücləndirə biləcəyini bildirib. Açıqlamaya görə, Zelenski planı müzakirə etmək üçün Ukrayna rəsmiləri ilə görüş keçirib. Açıqlamada,
“Ukrayna Prezidenti xalqımız üçün vacib olan fundamental prinsipləri açıqladı və görüşdən sonra müharibənin şərəflə başa çatmasını təmin etmək üçün planın müddəaları üzərində işləmək barədə razılığa gəldik” - deyə bildirilib.
Ana Sehife