Mis.Az - Son Xeberler
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ administrasiyası tərəfindən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırlandığı iddia edilən plan barədə açıqlama verib.
Mis.az xəbər verir ki, Brüsseldə keçirilən Avropa Birliyi Xarici İşlər Nazirlərinin görüşündən əvvəl mətbuata açıqlamada Kallas iddia edilən plana dəstək ifadə edib. O bildirib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün hər hansı bir plan Avropa və Ukrayna tərəfindən dəstəklənməlidir. Kallasın sözlərinə görə, Rusiya sülhü dəstəkləsəydi atəşkəs təklifini qeyd-şərtsiz qəbul etməli idi.
Avropanın Ukrayna ilə yeni sülh planını müzakirə etdiyi iddialarına gəldikdə, Kallas, “Bildiyim qədəri ilə belə bir şey yoxdur”, - deyə cavab verib.
Ana Sehife