Mis.Az - Son Xeberler
Kosovo parlamenti buraxılıb.
Mis.az xəbər verir ki, Prezident Vjosa Osmani iki baş nazir namizədinin irəli sürdüyü hökumətlərin Parlamentdə etimad səsi almamasından sonra Məclisi buraxıb. Bu barədə Kosovo Prezidentliyindən açıqlama verilib. Açıqlamada məclisin Prezident Osmaninin imzası ilə buraxıldığı bildirilib. Məlumata görə, məclisin buraxılma qərarı siyasi partiya liderləri ilə görüşdən sonra verilib.
Qeyd edək ki, parlament seçkilərində qalib olan “Vetevendosje” lideri Albin Kurtinin irəli sürdüyü hökumət etimad səsverməsi almamışdı. Ardınca eyni partiyanın üzvü Qlauk Konjufçaya hökumət qurmaq səlahiyyəti verilmişdi. Lakin onun hökuməti də Parlamentdə etimad səsi almayıb.
Ana Sehife