Mis.Az - Son Xeberler
Azərbaycan komandası İordaniyada keçirilən kibertəhlükəsizlik yarışında 2-ci yer tutub.
Mis.az-ın məlumatına görə, Azərbaycan hərbiçilərdən ibarət komanda İordaniyada təşkil olunan “Armython 2025 Battlespace” adlı beynəlxalq kibertəhlükəsizlik yarışında yüksək nəticə göstərib.
Yarışda Azərbaycan iki komanda ilə təmsil olunub. Təşkilatçılar təqdimat zamanı ölkəmizin kibertəhlükəsizlik üzrə elit komandalarını “Land of Fire Team” (Odlar Yurdu Komandası) və “Iron Fist Team” (Dəmir Yumruq Komandası) kimi təqdim ediblər.
Azərbaycanın İordaniyadakı səfirliyinin yaydığı məlumata görə, ölkəmizi təmsil edən komanda yarışda ikinci yerə layiq görülüb. Səfirlik komandanın peşəkarlığını, əmək və səylərini yüksək qiymətləndirərək onları təbrik edib.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife