Mis.Az - Son Xeberler
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həqarət etdiyi üçün həbs olunan tanınmış aktrisa Eda Saraç azadlığa çıxıb.
Mis.az xəbər verir ki, məhkəmə onun sərbəst buraxılması barədə qərar qəbul edib.
Bu barədə məlumatı aktrisanın vəkili Atahan Öztürk paylaşıb.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da İstanbulda olarkən Eda Saraç tıxaca düşmüşdü. Bununla barışmayan sənətçi dövlət başçısının ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün polis tərəfindən saxlanılmışdı.
Ana Sehife