Mis.Az - Son Xeberler
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşüb.
Mis.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq. Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq".
Ana Sehife