Mis.Az - Son Xeberler
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Xorvatiyaya 1 milyon 187 min 550,72 ton xam neft ixrac edib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu miqdarda məhsulun dəyəri 634 milyon 647,77 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 13,6 %, dəyəri isə 24,7 % azdır.
Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,72 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Ana Sehife