Mis.Az - Son Xeberler
Türkiyə siyasətində müzakirələrə səbəb olan hadisə baş verib. Müxalif CHP-dən iqtidar partiyası AKP-yə keçən Aksu bələdiyyəsinin 56 yaşlı sədri İsa Yıldırım ona partiyasının döş nişanını taxmaq istəyən Prezident Rəcəb Tayyib Ərdoğanın əlini öpməyə çalışıb.
Mis.az xəbər verir ki, ölkə başçısı bələdiyyə sədrinin bu arzusunu reallaşdırmağa imkan verməyib.
İsa Yıldırım “Bu gün prezidentimiz cənab Ərdoğanın sədri olduğu AKP ailəsinə qoşulmağın qürurunu və həyəcanını yaşadım, bu, çoxdan verdiyim bir qərar idi. Düşünürəm ki, bundan sonra Aksu əhalisinə və millətimizə daha yaxşı xidmət edəcəyəm”, - deyib.
Qeyd edək ki, Ərdoğanın əlini öpmək istəyən 56 yaşlı bələdiyyə sədrinin davranışı onu tənqid hədəfinə çevirib.
Ana Sehife