Mis.Az - Son Xeberler
"Fənərbaxça" "Arsenal"ın braziliyalı ulduzu Qabriel Martinellinin xidmətində maraqlıdır.
Mis.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunu mövsümün fasiləsində heyətində qatmaq istəyir. "The Mirror"da dərc edilən xəbərə görə, "Arsenal"ın baş məşqçisi Mikel Artetanın heyətdə az şans verdiyi Qabriel Martinelli klubdan ayrılmağa razılıq verə bilər.
Qeyd edək ki, "Arsenal"la 2027-ci ilə qədər müqaviləsi olan Martinellinin transfer dəyəri 45 milyon avrodur. O, bu mövsüm 12 oyunda cəmi 479 dəqiqə meydanda olub. Bu matçlarda futbolçu 4 qola imza atıb və 1 məhsuldar ötürmə edib.
Ana Sehife