Mis.Az - Son Xeberler
"Fənərbaxça"nın futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.
Mis.az xəbər verir ki, “Milan” klubu futbolçunun xidmətində maraqlıdır. "Türkiye" qəzetində yer alan xəbərə görə, "Milan" "Fənərbaxça"da çox oyun şansı əldə edə bilməyən müdafiəçi Çağlar Söyüncü üçün təklif irəli sürüb. Xəbərdə deyilir ki, Çağlar nəhənglərin axtardığı müdafiəçi profilinə malikdir. Bildirilib ki, İtaliya nəhənginin məşqçisi Massimiliano Allegri heyətində dörd müdafiəçi olmasına baxmayaraq, daha bir təcrübəli oyunçu ilə müqavilə imzalamaq istəyir.
Çağlar Söyüncünün İtaliyada oynamağa razılıq verdiyi iddia edilib.
Ana Sehife