Mis.Az - Son Xeberler
Cəlilabad rayonunda keçmiş diş poliklinikasının binasında meyit tapılıb.
Mis.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.
Belə ki, fəaliyyət göstərməyən diş poliklinikasının 2-ci mərtəbəsində şəhər sakini 1976-cı il təvəllüdlü Cavid Səftər oğlu Əkbərovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Ana Sehife