Mis.Az - Son Xeberler
Türkiyənin Batumidəki baş konsulu Adnan Altay Altınörsə qarşı sərt ittihamlar irəli sürülüb.
Mis.az xəbər verir ki, yerli KİV konsulun qumar oynadığını yazıb. Diplomatın qumarxanada çəkilmiş şəkilləri üzə çıxıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı Namık Tan baş konsulun həyat yoldaşının Batumidə gözəllik salonu açdığını və gözəllik ləvazimatlarını konsulluğun avtomobilləri ilə Türkiyədən Gürcüstana daşıdığını iddia edib.
Qeyd edək ki, 53 yaşlı Adnan Altay Altınörs 2024-cü il oktyabrın 1-də Türkiyənin Batumidəki baş konsulu təyin edilib.
Ana Sehife