Mis.Az - Son Xeberler
Kremldə Rusiya Prezidenti Vladimir Putin Çin Dövlət Şurasının Baş naziri Li Çjan ilə görüşüb.
Mis.az xəbər verir ki, görüş zamanı Putin iki ölkə arasındakı münasibətlərdən danışıb. Onun sözlərinə görə, Moskva və Pekin arasındakı münasibətlər tarixinin ən yaxşı mərhələsindədir və bu münasibətlər bərabərlik, qarşılıqlı fayda və fundamental maraq məsələlərində dəstək prinsiplərinə əsaslanır və heç kimə qarşı yönəlməyib. Rusiya lideri Çinin Rusiya vətəndaşlarına vizasız giriş icazəsi ilə bağlı qərarına görə Pekin hökumətinə təşəkkür edib.
Putin bildirib ki, Rusiya tezliklə Çin vətəndaşları üçün vizasız giriş sistemini tətbiq edəcək.
Ana Sehife