Mis.Az - Son Xeberler
1914-1916-cı illər arasında çəkilmiş, təxminən 1,8 metr uzunluğundakı tablo “Sotheby’s” hərrac evində satışa çıxarılıb.
Mis.az xəbər verir ki, bu barədə nüfuzlu “The Guardian” qəzeti məlumat yayıb. Çin kaftanında Ledererin təsvir olunduğu rəsm üçün hərrac 20 dəqiqə ərzində yekunlaşıb. Avstriyalı simvolist rəssam Klimtin “Elizabet Ledererin portreti” əsəri üçün son təklif 236,4 milyon dollar olub. Tablo müasir incəsənət kateqoriyasında indiyə qədər hərracda satılan ən bahalı əsər kimi qeydə alınıb. Alıcının kimliyi açıqlanmayıb.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı məhv olmaq təhlükəsi ilə üzləşən rəsm əsəri 1948-ci ildə Ledererin qardaşı Erix Ledererə qaytarılıb. Tablo 1985-ci ildə Estée Lauder ailəsinin varisi Leonard A. Lauder tərəfindən satın alınıb. Lauder bu ilin iyun ayında 92 yaşında vəfat etdikdən sonra əsər yenidən satışa çıxarılıb.
Ana Sehife