Mis.Az - Son Xeberler
Azərbaycan milli komandasının baş məşqçisi azadlığa buraxılıb.
Mis.az-ın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Elşən Abdulrəhmanov azadlığa çıxıb. Bu barədə xəbəri onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Elşən Abdulrəhmanov Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin bıçaqlanması ilə bağlı saxlanılan şəxslərdən biri olub. Araz Musayev mayın 28-də Türkiyədə bıçaqlanıb. O, boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi ilə xəsarət almışdı.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife