Mis.Az - Son Xeberler
“Əl-İttihad”ın futbolçusu Kərim Benzema keçmiş klubu “Real Madrid”ə qayıda bilər.
Mis.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib. O, AS nəşrinə müsahibəsində bunun mümkün olduğunu ifadə edib. Benzemanın sözlərinə görə, Florentino Peres “Real”da prezident olduğu müddətdə onun İspaniya nəhənginə transfer olması mümkündür. Benzema, “Əgər Florentino hələ də oradadırsa, bu baş verə bilər. Mən onunla danışıram və bu mümkündür. Mən “Real Madrid” azarkeşiyəm”, - deyə cavab verib.
Qeyd edək ki, Kərim Benzema 2023-cü ildə “Əl-İttihad” klubu ilə 3 illik müqavilə imzalayıb. Onun müqaviləsi mövsümün sonunda yekunlaşır.
Ana Sehife