Mis.Az - Son Xeberler
Kenan Yıldız “Yuventus”dan ayrıla bilər.
Mis.az xəbər verir ki, tərəflər yeni müqavilə barədə razılığa gələ bilmir. “Haber Global”ın məlumatına görə, “Yuventus”un Kenan Yıldızın müqaviləsini uzatmaq barədə apardığı danışıqlar uğursuz alınıb. Maliyyə məsələlərinə görə, “Yuventus” futbolçunun tələblərini qarşılamaq istəmir.
Qeyd edək ki, Kenan Yıldız hazırda 1,7 milyon avro məvacib alır. Bildirilir ki, “Yuventus” Kenan Yıldıza 6 milyon avro məvacib təklif edib. Futbolçunun isə 7 milyon avro tələb etdiyi iddia edilir. Futbolçunun adı İngiltərə klubları və "Real Madrid"lə hallanmışdı.
Ana Sehife